Azərbaycan və İspaniya Xüsusi Olimpiya Təşkilatları arasında görüş keçirilib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov İspaniyanın Barselona şəhərində İspaniya Xüsusi Olimpiya təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya təşkilati inkişaf və regional dəstək üzrə baş meneceri Qonzalo Ramos, İspaniya Xüsusi Olimpiya hərəkatının icraçı direktoru Maria Fuste və idman direktoru Alvaro Terreros iştirak edib. Vüqar Behbudov Azərbaycan Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti, o cümlədən […]