Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov İspaniyanın Barselona şəhərində İspaniya Xüsusi Olimpiya təşkilatlarının nümayəndələri ilə görüşüb.
Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya təşkilati inkişaf və regional dəstək üzrə baş meneceri Qonzalo Ramos, İspaniya Xüsusi Olimpiya hərəkatının icraçı direktoru Maria Fuste və idman direktoru Alvaro Terreros iştirak edib.
Vüqar Behbudov Azərbaycan Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti, o cümlədən hərəkatın bu sahədəki uğurları barədə məlumat verib.
İştirakçılar Xüsusi Olimpiya hərəkatının inkişafı, regionda keçiriləcək tədbirlər, idmançılara dəstək və yeni layihələr barədə geniş müzakirələr aparıblar.
Görüşdə İspaniya Xüsusi Olimpiya Oyunlarının təcrübələrindən bəhs edilib, bu təcrübənin Azərbaycanın Xüsusi Olimpiyaçılarının təşkilati inkişafına və idmançıların sosial inteqrasiyasına necə təsir göstərə biləcəyi barədə fikir mübadiləsi aparılıb.
Çıxışlarda Xüsusi Olimpiyanın idman sahəsindəki əhəmiyyəti, idmançıların yüksək nəticələr əldə etməsi üçün daha yaxşı şəraitin yaradılması və tərəfdaşlıq əlaqələrinin inkişafı məsələrinə diqqət çəkilib.
Tərəflər əməkdaşlığın dərinləşməsi və regionda Xüsusi Olimpiya hərəkatının daha da güclənməsi üçün birgə addımlar atılmasının vacibliyini qeyd ediblər.